“Onu rahat buraxmayacağıq” – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Səylərimiz Çexiya və ya Almaniya ilə məhdudlaşmayacaq.
Saleh Müslim hara gedirsə-getsin, artıq ona rahatlıq yoxdur, onu
rahat buraxmayaxağıq”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu
ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Sabah alman həmkarı Ziqmar Qabriel ilə görüşəcəyini deyən nazir
PYD-nin liderlərindən olan Saleh Müslimin Türkiyəyə verilməsi
məsələsinin müzakirə ediləcəyini deyib.

Qeyd edək ki, Saleh Müslim Çexiyada saxlanılsa da, Praqa
məhkəməsi fevralın 29-də onun sərbəst buraxılması barədə qərar
çıxarıb. İnterpol vasitəsilə axtarışa verilən Saleh Müslim fevralın
25-də Çexiyanın paytaxtı Praqada saxlanılmışdı. Türkiyə isə onun
ekstradisiyasını tələb etmişdi. Saleh Müslim Çexiyadan Almaniyaya
gedib.

Onun adı Türkiyənin Daxili İşlər Nazirliyinin “terrordan
axtarılanlar” siyahısında idi və başına 4 milyon lirə mükafat
qoyulmuşdu.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp