“Onlar bütün dünyanı məhv edəcəklər” – Bəşəriyyət üçün DƏHŞƏTLİ PROQNOZ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“ABŞ-ın və Rusiyanın münasibətləri “soyuq müharibə”
dövrünün səviyyəsinə çatıb”.

Publika.az xəbər verir ki, bu haqda “Obozrevatel” nəşrinə
Razumkov Mərkəzinin xarici siyasət və beynəlxalq təhlükəsizlik
proqramlarının direktoru Aleksey Melnik bildirib.

Onun sözlərinə görə, bir çox ekspertlər vəziyyəti Karib
böhranının baş verdiyi 1962-ci ildən daha təhlükəli hesab
edirlər.

“Bu faktdır ki, artıq “soyuq müharibə”nin səviyyəsi var. Bir çox
ekspertlər vəziyyəti Karib böhranı ilə müqayisədə daha təhlükəli
qiymətləndirirlər. Həmin vaxt SSRİ-ə və ABŞ-a anladılar ki, onlar
yalnız bir-birini deyil, həm də bütün dünyanı məhv edəcəklər.
Nəticədə, onlar razılaşmağa başladılar”, – ekspert deyib.

Onun sözlərinə görə, Suriyadakı hadisələr növbəti böhran üçün
əsas ola bilər, amma Amerika və Rusiya arasında toqquşmaları
dünyanın hər hansı nöqtəsində gözləmək olar:

“Suriya o regionlardan biridir ki, Amerika və Rusiya arasında
təsadüfi və planlaşdırılmamış toqquşmanın çox yüksək təhlükəsi var.
Amma bu, gəmilərin və təyyarələrin təhlükəli şəkildə bir-birinə
yaxınlaşdığı tək yer deyil. Dünyanın hər hansı nöqtəsində bir-iki
insanın səhvi ciddi hadisələrə gətirin çıxara bilər”.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp