Ödəniş terminallarında YENİLİK – Bank kartları vasitəsilə…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Komtec” şirkəti bir sıra “MilliÖN” terminallarında bank
kartları vasitəsilə nağdsız ödəniş üzrə pilot xidməti işə
salıb.

Şirkətdən bildiriblər ki, yeni xidmət kartın balansından pul
çıxararaq kredit borcu, kommunal xidmətlər, rabitə, internet, kabel
televiziyası və digər xidmətlərə görə ödəniş etməyə imkan
verir:

“Bu xidmət hələ məhdud sayda terminallarda (Bakının Nərimanov,
Səbail, Xətai və Yasamal rayonlarında quraşdırılmış) mümkündür.
Bank kartları vasitəsilə kommunal ödənişlər (su, qaz və elektrik
enerjisinə görə) yalnız əhali üçün əlçatandır. Komissiya haqqı
tutulmur”.

Qeyd edək ki, “MilliÖN” şəbəkəsi ictimai yerlərdə quraşdırılmış
təqribən 5 min ödəniş terminalından ibarətdir. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp