O şəxslərin maaşları artırıldı – SƏRƏNCAM



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan
mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması
haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd
edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi
qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin
aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla
10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll
etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp