Nejat İşler: “Yatağa girmək haqqında düşünmürəm”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2014-ci ildə ölümdən qayıdan, daha sonra Bodrumda
yerləşən Nejat İşler tənhalığa öyrəşdiyini deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər
verir ki, bu yaxınlarda “Kaybedenler Kulübü 2” ilə filmi ilə
tamaşaçılarını sevindirməyə hazırlaşan aktyor “Esquire” jurnalına
müsahibə verib.

Uzun müddətdir həyatında heç kim olmayan kino ulduzu “Qadınlar
və münasibətlər haqqında fikriniz dəyişib?” sualına maraqlı cavab
verib:

“Nə zaman yatağa girəcəyimizi düşünmürəm. Onsuz da uzun zamandır
həyatımda heç kəs yoxdur. Həyatımda mütləq sevgilim olmalıdır
deyənlərdən deyiləm. Tənhalığımla barışmışam. Ərköyün qadınlarla
məşğul olmuram. Bu, çox yorucudur. Birlikdə xoş vaxt keçirmək
kifayətdir, başqa bir şey istəmirəm.

46 yaşlı aktyor “Uşaqlığımdan bəri ətrafım qadınlarla doludur.
Onların arasında özümü yaxşı hiss edirəm. Məni qoruyurlar, qayğıma
qalırlar. Məncə, analıq duyğularını oyadıram. Əgər kimsə məni
evliliyə inandırsa, düşünərəm. Hələlik isə o dəftəri tamamilə
bağlamışam” .

Nejat İşler baş rolu İgid Özşener, Hande Doğandemir və Merve
Çağıranla paylaşdığı “Kaybedenler Kulübü 2” 16 Martdan etibarən
kinoteatrlarda təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp