Naxçıvan DİN-in Orta İxtisas Polis Məktəbi yaradıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin
Orta İxtisas Polis Məktəbi yaradılıb.

Publika.az xəbər verir ki, bununla bağlı bu gün
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər
Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin
bazasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin
Orta İxtisas Polis Məktəbi yaradılıb. “Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin
Nizamnaməsi” təsdiq edilib, Naxçıvan Muxtar Respublikasının Daxili
İşlər Nazirliyinə Məktəbin fəaliyyətinin təmin olunması üçün zəruri
tədbirlər görmək, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp