Narkoloji Mərkəzdə müalicə alan xəstələrin hamısı köçürüləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Respublika Narkoloji Mərkəzdən baş verən yanğından
xilas edilənlərin müalicəsi müvafiq müəssisələrdə davam
etdirilir”.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin
mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verib.

Onun sözlərinə görə, yaxın zamanda isə Respublika Narkoloji
Mərkəzində müalicə olunan bütün xəstələr yeni açılacaq mərkəzə
köçürüləcək:

“Yaxın vaxtlarda yeni Narkoloji Mərkəzin istifadəyə veriləcəyi
nəzərdə tutulub. Narkoloji asılılıqdan müalicə alanların hamısı
Narkoloji Mərkəzin yeni binasında müalicə alacaqlar. Yeni mərkəzin
istifadəyə veriləcəyi tarix hələ ki, dəqiq bəlli deyil. Hazırkı
Narkoloji Mərkəzin binasının bundan sonra hansı məqsədlə istifadə
ediləcəyi barədə də məlumat yoxdur”.

Qeyd edək ki, yeni mərkəz Sabunçu rayonunda yerləşəcək 4
korpusdan və 300 çarpayıdan ibarət olacaq.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp