Metsamor AES “bombalandı” – Ermənistanda HƏYƏCAN



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan sakini ölkənin Fövqəladə Hallar Nazirliyinin
(FHN) “qaynar xətt”inə Metsamor Atom Elektrik Stansiyasının (AES)
minalanması barədə yalan məlumat verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bu haqda respublika polisinin informasiya və KİV-lə
əlaqələr üzrə şöbəsinin rəisi Edqar Canoyan bildirib.

Canoyan bildirib ki, yalan məlumat vermiş vətəndaş bu addımı
borca görə elektrik enerjisini kəsməklə hədələnməsinə cavab olaraq
atıb. Fakt üzrə araşdırma aparılır.

Terrorizm aktı haqqında yalan məlumata görə üç ilə qədər
azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp