Mehriban Əliyeva Mədəniyyət Mərkəzinin açılış mərasimində



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Xəzər rayonunun Şağan qəsəbəsində yeni inşa edilən
Mədəniyyət Mərkəzinin martın 5-də açılış mərasimi
olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva mərasimdə iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Mədəniyyət Mərkəzinin
yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Son illərdə dövlət tərəfindən mədəniyyət sahəsinə göstərilən
diqqət və qayğı mövcud mədəniyyət obyektlərinin tamamilə yenidən
qurulmasında, həmçinin yeni müasir mədəniyyət ocaqlarının
yaradılmasında özünü aydın göstərir. Xəzər rayonunun Şağan
qəsəbəsində yeni tikilən Mədəniyyət Mərkəzi də bu istiqamətdə
görülən işlərdən biridir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birinci
vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, iki mərtəbədən
ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə
başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində
Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim
otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu,
tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41
yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları
yaradılıb.

Son illərdə ölkədə mədəniyyətin inkişafı ilə bağlı həyata
keçirilən layihələrin bariz nümunəsinə çevrilən bu mədəniyyət
ocağının yeni binası, ilk növbədə, zəngin Azərbaycan incəsənətinin,
bütövlükdə mədəniyyətinin gənc nəsil arasında təbliği işinə xidmət
edir. Digər tərəfdən, bu hadisə mədəniyyətin inkişafının, onun
infrastrukturunun yaradılmasının hər zaman dövlətin diqqət
mərkəzində olduğunu göstərir. Belə mədəniyyət obyektlərində
istənilən tədbiri yüksək səviyyədə təşkil etmək üçün geniş imkanlar
var. Bundan başqa, kollektivin, o cümlədən yaradıcı insanların iş
şəraitini müasir tələblər səviyyəsinə çatdırmaq baxımından bu cür
layihələr mühüm əhəmiyyət kəsb edir. Müasir üslubda inşa edilən bu
binalar həm də yerləşdikləri ərazinin gözəlliyini artırır. Bütün
bunlar bir daha sübut edir ki, mədəniyyətimizin, incəsənətimizin,
musiqimizin tarixi ənənələrini qorumaq və inkişaf etdirmək, gələcək
nəsillərə çatdırmaq bu gün Azərbaycanda həyata keçirilən dövlət
siyasətində də əksini tapıb.

Mədəniyyət Mərkəzinin ətrafındakı ərazi abadlaşdırılıb, ağaclar
əkilib və yaşıllıq salınıb.

Yeni Mərkəzlə tanış olan Mehriban Əliyeva kollektivə uğurlar
arzuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp