Mehriban Əliyeva “İnci” uşaq bağçasının açılışında



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər
Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilən “İnci” körpələr
evi-uşaq bağçasının binası martın 5-də istifadəyə
verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva açılışda iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
məlumat verdi ki, “İnci” körpələr evi-uşaq bağçası 1987-ci ildə
fəaliyyətə başlayıb. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı
ilə körpələr evi-uşaq bağçası Dövlət Neft Şirkətinin balansından
Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Həmin vaxt məktəbəqədər
təhsil müəssisəsi 7 qrup ilə fəaliyyət göstərirdi.

“İnci” körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış
olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevaya məlumat verildi ki, binanın əsaslı təmirinə
2016-cı ilin iyul ayından başlanılıb. Əsaslı təmir işlərindən sonra
bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb. İndi
burada 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar
heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus
bölmələrinə aiddir. Məktəbəqədər təhsil müəssisəsində dərnək kimi
ingilis dili qrupu da fəaliyyət göstərir. Uşaq bağçası zəruri
mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə,
yanğınxəbərverici sistemlər quraşdırılıb.

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək
səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər,
bilikli, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində Azərbaycan
dövləti çox mühüm layihələr həyata keçirir. Bu istiqamətdə dövlət
tərəfindən atılan addımlara Heydər Əliyev Fondu da böyük töhfələr
verir. Bu baxımdan Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə
müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq
müəssisələrinin inşası sahəsindəki fəaliyyəti xüsusi qeyd
edilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp