Maşın bazarında ucuzlaşma – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Tovuzdakı maşın bazarında son iki həftədir qiymətlərdə
enmə müşahidə olunur. Amma qiymətlər aşağı düşsə də, maşın alanlar
azdır.

Rusiya istehsalı olan maşınların qiymətlərində 300 manatdan 500
manata qədər ucuzlaşma olub. Almaniya, Yaponiya və digər ölkələrin
avtomobillərinin qiymətlərində də enmə var. Satıcılar belə
avtomobillərin 10 faizə qədər ucuzlaşdığını bildirir. Qiymətlərin
enməsinin həm bazardakı durğunluqla, həm də mövsümlə əlaqəli olduğu
bildirilir.

Ucuzlaşmaya baxmayaraq, bazarda durğunluq davam etməkdədir.
Qiymətlərin enməsi alıcıları sevindirsə də, onlar daha çox
ucuzlaşma gözləyirlər.

Bərdə bazarında da ucuzşlama müşahidə olunur. Bildirilir ki, bu
ərəfədə bazara daha çox avtomobil çıxarılıb. Bu da ucuzlaşmaya
səbəb olub.

Bazarda daha cox satışa çıxarılan Rusiya istehsalı olan
avtomobillərdir. Belə maşınların qiyməti də 500 manata qədər aşağı
düşüb.

Satıcılar alıcılıq qabliyətinin aşağı olduğunu deyir.
Ucuzlaşmanın növbəti həftələrdə də davam edəcəyi gözlənilir. (Xəzər
xəbər)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp