Məmmədyarov beynəlxalq turnirdə ikinci oldu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın
paytaxtı Moskvada Mixail Talın xatirəsinə keçirilən sürətli şahmat
turnirində ikinci yeri tutub.

Publika.az xəbər verir ki, son qarşılaşmalarda
33 yaşlı qrossmeyster qara fiqurlarla israilli Boris Gelfand və
rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, ağ fiqurlarla digər
rusiyalı Daniel Dubova uduzub.

Nəticədə Sergey Karyakin (Rusiya) və Hikaru Nakamura (ABŞ) ilə
birgə hərəyə 5 xal toplayan Məmmədyarov yalnız hindistanlı keçmiş
dünya çempionu Vişvanatan Ananddan geri qalıb. Anand 6 xalla
turnirin qalibi olub.

Qeyd edək ki, martın 5-də 13 turdan ibarət blits turnir
keçiriləcək. Martın 10-da isə Şəhriyar Məmmədyarov Almaniyanın
paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə
qatılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp