Krallıq qadınları yenə sevindirdi – Ölkə tarixində BİR İLK



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səudiyyə Ərəbistanında qadınlar üçün marafon
keçirlib.

Publika.az xəbər verir ki, bu haqda “Arabian
Business” nəşri bildirib.

Nəşrin yazdığına görə, marafonda yüzlərlə qadın iştirak edib.
Bu, ölkə tarixində qadınlar üçün keçirilən ilk marafondur. İdman
tədbiri Əl-Axsa əyalətində keçirilib.

Qadınlar üçün növbəti belə marafonun Məkkədə aprelin 6-da
keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, dünyanın ən mühafizəkar ölkələrindən olan Səudiyyə
Ərəbistanında son zamanlar qadınların ictimai həyatda iştirakı
sahəsində ciddi dəyişikliklər həyata keçirilir. Krallıqda qadınlar
iyun ayından avtomobil sürə biləcəklər. Onlar həmçinin stadionlara
getməyə və kütləvi əyləncə tədbirlərində iştirak etməyə
başlayıblar. Ölkənin baş prokurorluğu ilk dəfə qadınları müstəntiq
işinə cəlb etməyə başlayıb.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp