Keçmiş məhkumun evindən silah-sursat tapıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Şirvan şəhər sakinindən xeyli sayda odlu silah-sursat
götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı
şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi
barədə məlumat daxil olub.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz
əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Şirvan şəhər
sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkov saxlanılıb. Onun
yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “TOZ” 8 markalı tüfəng, 1
ədəd kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi, ona aid 7 ədəd
patron və 1 ədəd içərisində 6 ədəd patron olan “Revolver” tipli
tapança aşkar olunaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp