İkinci “Breksit” olacaq? – Tereza Mey CAVAB VERDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Breksit” üzrə ikinci referendum
olmayacaq”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bu haqda Böyük Britaniyanın baş naziri Tereza Mey
bildirib.

Onun sözlərinə görə, müxtəlif siyasi güclər, həmçinin, müxalif
Leyboristlər Partiyası referendumun yenidən keçirilməsində təkid
edirlər. Baş nazir qeyd edib ki, ölkənin indiki hökuməti geri
çəkilməyə hazırlaşmır və Böyük Britaniyanın Avropa İttifaqından
çıxışı məsələsində müvəffəqiyyət qazanmaq üçün bütün güclərini
toplayıb.

Xatırladaq ki, 23 iyun 2016-cı ildə Böyük Britaniyada Avropa
ittifaqından çıxmaqla bağlı referendum keçirilib.

London 2017-ci il martın 29-da Aİ-yə yazdığı məktubla qurumdan
ayrılmağı nəzərdə tutan 50-ci maddədən istifadə edib. Sözügedən
maddəyə əsasən, razılaşmanın olub-olmamasına baxmayaraq, Böyük
Britaniya 2019-cu il 29 martında Avropa İttifaqından
ayrılmalıdır.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp