Gözəlliyinizi düyü suyu ilə qoruyun



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Plovun dadlı, düyülərin dən-dən qalması üçün düyünü bir
neçə saat suda saxlayırıq. Əksəriyyətimiz düyünü süzdükdən sonra
suyunu atırıq. Lakin düyü suyunun faydasını öyrəndikdən sonra onu
atdığınız üçün peşman olacaqsınız. Publika.az-ın gözəllik bölməsi
xəbər verir ki, düyü suyu xüsusi ilə dəri üçün
faydalıdır.

Düyü suyu necə hazırlanır?

1/2 stəkan düyünü yuduqdan sonra 2 stəkan suyun içinə tökün. Ən
az 20-40 dəqiqə sonra düyünü süzüb suyunu təmiz bankaya tökün.
Soyuducuda 1 həftəyə qədər saxlamaq olar.

Düyü suyu nələrə faydalıdır?

Düyü suyu ilk növbədə dəri problemlərinin müalicəsində istifadə
edilir. Yapon qadınları da dəri gözəlliyini düyü suyu ilə
qoruyur.

Makiyaj disklərini, yaxud pambığı düyü suyuna batırıb dərini
onunla silin. Yadda saxlayın ki, dəri təmiz olmalıdır. Düyü suyu
dəri rəngini bərpa edir, sızanaq problemini azaldır, ekzemaya yaxşı
təsir edir, allergiyanı sakitləşdirir, günəşdən yanmış dərini
sağaldır.

Düyü suyu saç üçün faydalıdır. Saçınızı yuduqdan sonra düyü suyu
ilə yaxalayın. Bu, su saç diblərini möhkəmləndirir və onlara sağlam
görünüş qazandırır.

Düyü suyu eyni zamanda, ürəkbulanma və mədə pozulmasına da yaxşı
təsir edir. Mədənizdə ağrılar varsa, 1 stəkan düyü suyunu
yavaş-yavaş için. Bir saatdan sonra qarnınızdakı ağrılar tamamilə
aradan qalxacaq.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp