Gömrükçülər pirotexniki vasitə aşkarladı – FOTO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda
Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi
“VAZ 21013” markalı nəqliyyat vasitəsinə gömrük baxışı
keçirilib.

Publika.az-a Dövlət Gömrük Komitəsinin mətbuat
xidmətindən verilən məlumata görə, baxış zamanı, avtomobilin qabaq
buferinin altında gömrük nəzarətindən gizlədilən, hər birinin
içində 60 ədəd olmaqla 30 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp