Füzulidə top mərmisi aşkarlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Daxili İşlər Nazirliyinin “102” Xidməti – Zəng mərkəzi
sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan
Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Yuxarı
Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə
məlumat daxil olub.

ANAMA-dan Publika.az-a verilən xəbərə görə,
məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin
əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə 1 ev və həyətyanı
sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ
əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top
mərmisi (BM-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək
agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış
keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar
edilməyib.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 5 mart 2018-ci il
tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Füzuli, Tərtər,
Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, Lənkəran
rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 6 ev və
həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin
qarşısına, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının
yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin
inzibati ərazisinə, beton zavod və bazar ərazisinə baxış keçirilib,
1073 ədəd partlamamış hərbi sursat, 1 ədəd tank əleyhinə mina aşkar
olunaraq zərərsizləşdirilib, 25 415 kv.m ərazi yoxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp