Elektrik adı ilə evə daxil oldu və…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səbail rayonunda evə elektrik adı ilə daxil olan şəxs
oradan 4000 manat oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.aza verilən məlumatda bildirilib ki,
Səbail rayonu Xəqani küçəsində yerləşən mənzillərdən birindən
oğurluq edilib.

Bu barədə zərərçəkən qadın Səbail Rayon Polis İdarəsi 39-cu
Polis Bölməsinə məlumat verərək bildirib ki, evə elektrik adı ilə
daxil olan bir nəfər onun başının qarışmasında istifadə edərək
mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat
nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Bakı
şəhər sakini Rasim Məmmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış
keçirilən zaman evdən oğurladığı pulların bir qismi aşkar olunaraq
götürülüb. O, ifadəsində qeyd edilən evdən oğurluq etdiyini etiraf
edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,
araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp