Donbasda 500 hərbçi.. – Bu siyahı Moskvanı ŞOKA SALACAQ – FOTOFAKT



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ukraynanın “İnformasiya müqaviməti” qrupunun
koordinatoru, deputat Dmitri Tımçuk Donbasda ölən Rusiyanın kadr
hərbçilərinin adlarının yer aldığı siyahını dərc edib.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki,
siyahıda 103 nəfərin adı yer alıb.

“”İnformasiya müqaviməti” Rusiya Silahlı Qüvvələrinin Donbasdakı
itkiləri haqqında məlumatların dərcinə başlayır. 2014-cü il. “Yük
200””, – o, Feysbukdakı səhifəsində yazıb.

Ukrayna Ali Radasının üzvünün sözlərinə görə, Donbasda Rusiyanın
təxminən 500 kadr hərbi qulluqçusu öldürülüb və yaralanıb.

Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində Donbasda
döyüşdə həlak olanlar “Yük 200” adlandırılır. Rusiyanın bəzi hüquq
müdafiəçilərinin məlumatına görə, Ukraynanın şərqində antiterror
əməliyyatının gedişatında mindən çox Rusiya hərbçisi həlak
olub.

Moskva isə Donbas münaqişəsində Rusiya hərbçilərinin iştirakı
barədə bütün iddiaları rədd edir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp