Çempionlar Liqasının cavab oyunları başlayır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk
iki matçının cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, PSJ “Real”ı,
“Liverpul” isə “Porto”nu evində qonaq edəcək.

“Park de Prins”də reallaşacaq ilk oyuna parislilər və ispanlar
ciddi itkilərlə çıxacaq. PSJ-nin ən güclü silahı olan Neymar ayaq
nahiyəsindən ciddi zədələr aldığı və əməliyyat olunduğu üçün bu
çətin oyunda komandasına kömək edə bilməyəcək. “Real” isə Luko
Mordiç və Toni Krossuz mübarizə aparacaq.

Matçın baş hakimi almaniyalı referi Feliks Brix olacaq.

Qeyd edək ki, bu cütlük arasında ilk oyun 3:1 hesabı ilə
ispanların xeyrinə başa çatmışdı.

Növbəti qarşılaşmanın məkanı “Enfild” olacaq. Fransadakı oyunla
eyni zamanda başlayacaq oyuna ev sahibləri üstün çıxacaqlar. İlk
matçın 5:0 hesabı ilə ingilislərin hesabına bitməsi bu oyunda
“Porto”nun işini möcüzəyə saxlayıb. İlk oyunun qəhrəmanları
het-trikə imza atan Sadio Meyn, Məhəmməd Salah və Roberto Firmino
olub. Draqonların böyük hesablı məğlubiyyəti isə Tikinho Soares,
Aleks Telles və Fabianonun zədəli olması ilə əlaqələndirilir.
Matçda “Liverpul”un qonağına təzyiq göstərəcəyi, lakin
“draqonlar”ın təslim olmayacağı gözlənilir.

Bu matç da digəri kimi almaniyalı mütəxəssisə tapşırılıb.
Qarşılaşmada almaniyalı Feliks Zvayer fit çalacaq.

Qeyd edək ki, hər iki matç Bakı vaxtilə saat 23:45-də
başlayacaq.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp