Bu, əsl qiyamət olacaq: Türkiyə və ABŞ-ın döyüş…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın “ExxonMobil” enerji şirkəti Cənubi Kiprin “Block
10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz axtarışlarına
başlayacaq.

Publika.az xəbər verir ki, bu haqda “Milliyyət”
nəşri yazıb.

Nəşrinin yazdığına görə, həmin tarixə kimi Kipr problemi həll
edilməsə, yaxud da adanın təbii ehtiyatlarının hər iki tərəfə
(adanın yunan və türk hissəsi – red.) aid olduğuna dair Ankaranın
tezisi qəbul edilməzsə, Şərqi Aralıq dənizində Türkiyə və ABŞ-ın
döyüş gəmiləri qarşı-qarşıya gələ bilər. “Milliyyət” qeyd edir ki,
əsl qiyamət o zaman qopacaq.

Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini Şimali Kipr Türk
Cümhuriyyətinin ətrafı da daxil olmaqla 13 ayrı bölgəyə bölərək
təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də
Şimali Kipr Türk Cümhuriyyəti Cənubi Kiprin bu addımının qəbul
edir. Türkiyə xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə
təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə
xəbərdarlıq edib.

Ancaq adanın yunan tərəfi xarici şirkətlərə təbii qaz
axtarışları üçün lisenziyalar təqdim etməkdə davam edir. Son olaraq
fevralın 9-da İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000”
platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk
Cümhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib.
Yunanıstan mətbuatına görə, Türkiyə döyüş gəmiləri şirkətlərin
fəaliyyətinə mane olub. Nəticədə, ENİ bölgədə təbii qaz
axtarışlarından imtina etməyə məcbur olub.

Cənubi Kipr isə bundan sonra daha nüfuzlu oyunçu olan ABŞ-dan
istifadə etmək niyyətindədir. Yunanlar Amerika şirkətinin neft-qaz
axtarışlarına Ankaranın əngəl ola bilməyəcəyini düşünürlər.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp