“Böyük Qayıdış” kuboku Cocuq Mərcanlıda



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Martın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş
Cocuq Mərcanlı qəsəbəsində yerləşən şəhid Novruz Aslanov adına
Cocuq Mərcanlı kənd tam orta məktəbində Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış”
kuboku layihəsinin final mərhələsi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən
layihə rəhbəri Elşad Haqverdiyev iştirakçılara Gənclər Fondu,
həyata keçirilən layihə və müvafiq dövlət siyasəti haqqında geniş
məlumat verib.

Füzuli Rayon Təhsil Şöbəsinin müdir müavini Rafiq Səmədov, Cocuq
Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və
başqaları belə tədbirlərin gənclərə verdiyi töhfələrdən,
intellektual oyunların əhəmiyyətindən danışıblar.

Final turnirində 4 rayonun – Beyləqan, Füzuli, Xocavənd və
Cəbrayıl rayonlarının ümumilikdə 8 komandası “Xəmsə” intellektual
oyunu üzrə biliklərini nümayiş etdirib.

Yarışın yekununda Beyləqan rayonunun “Mil” və Füzuli rayonunun
“Bozqurd” komandaları müvafiq olaraq 1-ci və 2-ci yerləri tutublar.
Beyləqanın digər komandası “Leon” isə 3-cü pilləyə sahib olub.

Qaliblərə kubok, medallar və diplomlar təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp