Bakıda avtobuslar gecikmə ilə hərəkət edir
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Bakıda səhər saatlarında marşrut avtobuslarının
intervalında gecikmələr yaranıb.
Bu barədə Publika.az-a açıqlamasında Bakı
Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev
bildirib.
Onun sözlərinə görə, gecikmələr paytaxt küçələrindəki sıxlıqla
əlaqədardır: “Səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və
prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə
edilir. Sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların
intervalında gecikmələr yaranıb”.