“Bakcell” ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil
İnternet Provayderi Bakcell ADA Universitetinin təşkil etdiyi 6-cı
Karyera Sərgisində iştirak edib.

Hər il ənənəvi olaraq keçirilən bu tədbirin məqsədi Azərbaycanın
gənc istedadlı tələbələrini və müxtəlif sahələrdə fəaliyyət
göstərən müəssisələrin nümayəndələrini bir araya gətirərək onlar
arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə
daha yaxın etməkdir. Sərgidə ölkənin ən nüfuzlu şirkət və
müəssisələri təmsil olunub və onlar ADA Universitetinin tələbə və
məzunlarını müxtəlif karyera və təcrübə imkanları ilə tanış
ediblər.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan
Bakcell şirkəti Azərbaycan iqtisadiyyatının ən prioritet
istiqamətləri sırasında gənclərin məşğulluğunun inkişaf
etdirilməsinə böyük töhfə verməkdədir. ADA-nın təşkil etdiyi 6-cı
Karyera Sərgisində universitetin tələbə və məzunlarına Bakcell
şirkətinin satış və marketinq departamentlərində mövcud olan
vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin,
gənclər Bakcell şirkətinin öz müştərilərinə və xidmətlərinə
innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar.
Karyera sərgisindəki Bakcell stendi iştirakçılar tərəfindən böyük
maraqla qarşılanıb.

Bakcell şirkətinin fəaliyyətinin əsas məqsədlərindən biri də
yerli gənc istedadlara təhsil və karyera qurmaqda dəstək göstərmək
və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə töhfə
verməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp