Bağlı qalmış 24 cinayətin üstü açıldı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Respublikanın daxili işlər orqanları tərəfindən gün
ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti
izlər”lə açılıb.
DİN-dən Publika.az-a verilən məlumata görə,
əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil
verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş
verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12
fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 2
fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.