Bəzi fənlər üzrə minimal balı toplamayanlara ŞAD XƏBƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu il magistratura imtahanında iştirak etmək üçün
qeydiyyatdan keçən bakalavrların sayı 12387 nəfər olub. Ötən ilə
isə 13081 bakalavr magistraturaya qəbul olmaq üçün ərizə təqdim
edib.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət
İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə
şuranın iclasında magistraturaya qəbul imtahanının I mərhələsinin
nəticələri ilə bağlı danışarkən deyib.

İclasda müsabiqə şərtləri də müzakirə olunmuş və bakalavrların
çoxsaylı müraciətləri, eləcə də gələcəkdə müəyyən ixtisaslaşmalar
üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi nəzərə
alınaraq ümumi müsabiqə şərtini ödəyən, lakin fənlər üzrə minimal
bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə
buraxılması barədə qərar qəbul olunub.

Qeyd edək ki, 40-65 bal intervalında 359 (30-65 bal intervalında
isə 717 bakalavr) bakalavr birinci mərhələ üzrə müsabiqə şərtini
ödəsə də, hansısa imtahan fənni üzrə tələb olunan minimal balı
ödəməyib. Onlardan 200 nəfərə yaxın bakalavr Dövlət İmtahan
Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə
buraxılmalarını xahiş ediblər. Lakin bu bakalavrlar imtahanın II
mərhələsinə buraxılsa da, ixtisas seçimi zamanı onlara yalnız
ödənişli ixtisasları seçmək imkanı veriləcək.

M.Abbaszadə ümumi orta təhsil bazasında buraxılış imtahanlarının
1-ci mərhələsinə dair iş planını da iclas iştirakçılarının
diqqətinə çatdıraraq Şura üzvlərini öz istəklərinə uyğun hər hansı
tədbirdə iştirak etməyə ( müşahidə etməyə) dəvət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp