“Azercell” Qubada ikinci Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni
konsepsiyaya uyğun magazalarının sayını paytaxt və regionlar boyu
artırmaqda davam edir.

Belə ki, Azercell 2 mart tarixində Qubada yeni konsepsiyaya
uyğun artıq ikinci Eksklüziv mağazasının açılışını edib. Quba
şəhəri,Qələbə küç. 12 ünvanında yerləşən bu mağaza ən müasir
avadanlıqla təchiz olunaraq yeni Nordic konsepsiyasına uyğun olaraq
təşkil olunub. Mağazanın xüsusi özəlliyi ofisdə acıq sahələrin
mövcudluğu, servislərin və seçim imkanlarının rahatlığıdır. Belə
ki, burada abunəçilər istədiyi məhsulu tədqiq və müqayisə edə,
sınaqdan keçirə bilərlər. Düzgün seçim etməkdə, xidmətləri qoşmaqda
və digər məsələlərdə isə müştərilərə peşəkar satıcılar dəstək olur.
Bu mağazada da “izahlı qaimə” və “addan-ada” əməliyyatları istisna
olmaqla, digər müştəri xidmətləri mərkəzlərində təqdim olunan bütün
əməliyyatlar icra olunur. Burada abunəçilər mobil texnologiyaları
dəstəkləyən müxtəlif aksessuralar, cihazlar əldə edə, eyni zamanda
mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Qeyd edək
ki, Qubada fəaliyyət göstərəcək bu mağaza da həftənin bütün günləri
fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər
abunəçilərin ixtiyarına verilir.

Yeni ofisin açılış günündə Azercell müştərilərinə özəl hədiyyə
olaraq daha bir endirimli kampaniyasını təqdim etdi. Belə ki,
açılış günündə Quba Azercell Eksklüziv mağazasından alış-veriş edən
müştərilər, xərclədikləri məbləğin düz 50% dəyərində hədiyyə əldə
edə biləcəklər.

Azercell Telekom yaxın il ərzində yeni konsepsiyalı Eksklüziv
mağazalarını ölkə boyu genişləndirərək abunəçilərə daha rahat və
faydalı xidmət göstərəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az
ünvanına müraciət edə bilərsiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp