AZƏRTAC-ın baş direktoru və müavini vəzifələri ləğv edildi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanına əsasən
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) hüquqi şəxsə
çevrilməsi ilə əlaqədar yaradılan İdarə Heyətinin sədri, müavini və
üzvlərinin maaşı müəyyənləşib.

“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanına əsasən
AZƏRTAC-ın fəaliyyətinə rəhbərliyi həyata keçirən orqan 5 üzvdən
ibarət İdarə Heyətidir.

İdarə Heyətinin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və
vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidenti
tərəfindən, digər 2 üzvünün vəzifəyə təyin və vəzifədən azad
edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Nazirlər
Kabineti bununla bağlı “Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq
vəzifə maaşlarının sxemi”ni təsdiq edib. Qərara əsasən, AZƏRTAC
İdarə Heyətinin sədrinin aylıq vəzifə maaşı 1665 manat, İdarə
Heyəti sədrinin müavininin aylıq vəzifə maaşı 1065 manat, İdarə
Heyətinin üzvlərinin aylıq vəzifə maaşı 900 manat olacaq.
AZƏRTAC-ın publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar baş
direktor, baş direktorun birinci müavini və baş direktorun müavini
vəzifələri ləğv edilib.

Qeyd edək ki, indiyə qədər AZƏRTAC-ın işçilərinin maaşı Nazirlər
Kabinetinin 2013-cü il 25 sentyabr tarixli qərarı ilə tənzimlənib.
Bu qərar ləğv edilib. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni
“Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə
Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının
sxemi”nə əsasən də AZƏRTAC-da digər vəzifələr və vəzifələrə uyğun
işçilərin maaşlarında dəyişiklik olmayıb. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp