Azərbaycanla Mərakeş arasında sənədlər imzalandl



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan və Mərakeş bir sıra sazişlər
imzalayıblar.

Sənədlər Mərakeş Krallığının xarici işlər və beynəlxalq
əməkdaşlıq naziri Nasser Bouritanın Azərbaycana səfəri və
azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü çərçivəsində
imzalanıb.

İki ölkə arasında imzalanan sənədlər arasında “Azərbaycan
Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında
gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan
qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında
Konvensiya”, “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı
Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə
sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Dəmir Yolları”
QSC və Mərakeş Dəmir Yolları arasında Niyyət Protokolu”, həmçinin
Azərbaycan Dövlət Dəniz Akademiyası və Mərakeş Dənizçilik
Araşdırmaları üzrə Ali İnstitutu arasında Niyyət Protokolu” var.
(trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp