Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda 2017-ci il ərzində 2 min 115 narkoman
qeydiyyata götürülüb.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin
Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasına təqdim etdiyi hesabata əsasən keçən il qeydiyyata
götürülən narkomanlardan 1566 nəfər dispanser, 549 nəfər
profilaktik qeydiyyatdadır.

Keçən il qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1432
nəfər ( 488 nəfər dispanser, 944 profilaktik olub.

Beləliklə, Azərbaycan üzrə 30 dekabr 2017-ci il tarixinə
qeydiyyatda olan narkomanların ümumi sayı 30 min 131 nəfər olub. Bu
narkomanlardan 25 min 139 nəfər dispanser, 4 min 992 nəfər
profilaktik qeydiyyatdadır. Narkomanlar arasında 595 qadın var.
Toksikomanların ümumi sayı isə 212 nəfərdir. İnyeksion narkotik
istifadəçilərinin sayı 21 min 38 nəfər təşkil edir. Onlardan 470
nəfəri qadındır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin
31 dekabr 2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29
min 448 nəfər narkoman qeydiyyatda olub. Onlardan 24 min 56 nəfəri
dispanser, 5 min 392 nəfəri profilaktik qeydiyyatda olub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp