Azərbaycanda mobil operatorun səhmləri alındı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan
International Telecom” (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti
və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings
B.V.” şirkəti arasında Türkiyə Cümhuriyyətində təsis edilmiş
“Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”)
şirkətinin 51,3% səhmlərinin alınması barədə bu gün müqavilə
imzalanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən
Publika.az-a verilən məlumata görə, “Azertel”
Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan “Azercell
Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətin yeganə təsisçisidir.

“Fintur Holdings B.V.” şirkətinin səhmdarları İsveç
qanunvericiliyinə əsasən qeydiyyata alınmış “Telia Company AB” açıq
səhmdar cəmiyyəti və Türkiyə qanunvericiliyinə əsasən qeydiyyata
alınmış “Turkcell İletişim Hizmetleri A.Ş” səhmdar cəmiyyətidir.
“Fintur Holdings B.V.” şirkətinin əsas səhmdarı olan “Telia Company
AB” özünün Avrasiya bölgəsində olan biznesindən çıxmaq
prosesindədir. O cümlədən həmin proses “Telia Company AB”
şirkətinin Azərbaycan bazarından çıxmağını şərtləndirir. Azərbaycan
telekommunikasiya bazarında “Azercell” tərəfindən keyfiyyətli
rabitə xidmətlərinin göstərilməsinin davam etdirilməsi, bazarın,
sabit və rəqabət mühitində inkişafının təmin edilməsi məqsədilə
“AzInTelecom” MMC Telia Company AB” və “Turkcell İletişim
Hizmetleri A.Ş” şirkətləri ilə müzakirələr aparılmış və “Fintur
Holdings B.V.” şirkətinin “Azertel” şirkətində paylarının
“AzInTelecom” MMC tərəfindən satınalınması barədə razılıq əldə
edilib. Beləliklə, sözügedən müqavilənin imzalanması ilə
“AzInTelecom” MMC “Azercell Telekom” MMC-nin idarə edilməsini təmin
edən səhmlərin nəzarət zərfini əldə edib.

“AzInTelecom” MMC tərəfindən alınmış səhmlər üçün ödənilmiş
qiymət “Azercell Telecom” MMC-nin qiymətləndirilməsi üçün cəlb
edilmiş “Ernst & Young” şirkətinin müəyyən etdiyi qiymət
çərçivəsinə uyğundur. Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada “AzİnTelecom”un “Azercell”də payların
özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, “AzİnTelecom”
“Azercell”in iştirakçısı qalacaq və “Azercell Telecom” MMC-də
korporativ idarəetmə və işgüzar fəaliyyət dəyərlərini qorumaq, yeni
nəsil texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətini daha
da artırmaq niyyətindədir. Bu da, şübhəsiz, “Azercell Telecom”
MMC-nin müştərilərinin və işgüzar tərəfdaşlarının şirkətə inamının
artırılmasına xidmət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp