Azərbaycanda kriptovalyutalar haqqında qanunun qəbulu çox vaxt tələb edə bilər



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Kriptovalyuta ticarətinin nizamlanması haqqında” qanun
layihəsi bir sıra suallar doğurub.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə
ölkənin maliyyə bazarındakı mənbə məlumat verib.

Mənbənin məlumatına görə, müzakirələr əsasən iki məsələ
ətrafında davam edir: “Məsələlərdən biri bazarın kimin üçün nəzərdə
tutulmasıdır – möhtəkirlər üçün, yoxsa investorlar üçün. Daha sonra
valyuta nizamlanması məsələsi gəlir, çünki bu alətlərin
liberallaşdırılması və onların bazarda kotirovkası valyuta axınına
səbəb ola bilər və valyuta ehtiyatlarına təsir göstərə bilər”.

Qeyd olunur ki, texnologiyalarla və əhalinin ümumi maliyyə
savadlılığı ilə bağlı məsələlər mövcuddur: “Bəzi kriptovalyutalar
blokçeyn texnologiyasına əsasəlanır. Burada sual yaranır ki, bazar
iştirakçıları əməliyyatları blokçeyn vasitəsilə həyata keçirməyə
başlayacaqmı? Bu halda biz kriptoqrafiyalama standartlarını
nizamlayacağıqmı, yoxsa bu, bazar iştirakçılarının öhdəsinə
buraxılacaqmı?”

Mənbə bildirir ki, bütün bu məsələləri nəzərə aldıqda demək olar
ki, qanunun qəbul olunması və tətbiqi üçün çox vaxt tələb
olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp