Azərbaycanda 8 minə bal satılır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanda 8 min manata balla birlikdə arı pətəyi
satılır. Balakənli arıçının düzəltdiyi özünəməxsus arı pətəklərinin
belə qiymətli edən onların təbii vasitələrdən hazırlanmasıdır. Bal
yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı
pətəklərindədir.

Balakən rayon sakini İlqar Məmmədov 40 ildir ki, arıçılıqla
məşğuldur. O, uşaq yaşlarından bu işin sirlərini öyrənməyə
başlayıb. Bir arı pətəyi ilə başladığı arıçılıq sahəsini hazırda
70-dən artıq arı ailəsi ilə davam etdirir. O, həmişə standart yox,
yeni formalı pətəklər düzəldib. Dülgərliyi də bacaran arıçı bütün
arı pətəklərini özü hazırlayır.

Öz arı məhsullarını müştərilərə fərqli formada təqdim etməyi
xoşlayan arıçı yarpaq, ləçək, kümbəzlə yanaşı, kötük kimi təbii arı
pətəkləri düzəldib. Ərsəyə gətirdiyi maraqlı pətəklərin hər birində
xüsusi məna olduğunu bildirir.

Belə təbii pətəklərdə olan bal isə adilərdən xeyli baha qiymətə
satılır. Kiloqramı 50-80 manat arasında alıcılara təklif olunur.
Sadəcə ləçək formasında olan arı pətəyini almaq üçün bir maşının
pulunu ödəmək lazımdır.

Arıçı hər il təxminən 800 kiloqrama qədər bal istehsal edir ki,
bunun da 500 kiloqramını süzülmüş, 300 kiloqramını isə şanı ilə
satışa çıxarır. O, yeni ideyalarının olduğunu və gələcəkdə bunu
gerçəkləşdirməyə çalışacağını deyir. (Xəzər Xəbər)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp