Azərbaycan xarici ölkələrdən müasir döyüş texnikası və silahlar alıb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ötən il Azərbaycan ordusunun qoşun döyüş sursatları üzrə
ehtiyatlarının yaradılması məqsədilə yerli sənaye müəssisələrindən
və xarici ölkələrdən müxtəlif təyinatlı müasir döyüş texnikası,
eləcə də digər hərbi məhsullar alınaraq Silahlı Qüvvələrin
istifadəsinə verilib, hərbi texnika və avadanlıqların təmiri və
təkmilləşdirilməsi həyata keçirilib.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında
hesabatında əksini tapıb.

Sənəddə qeyd olunub ki, uzun müddət istifadədə olan, texniki
tələblərə cavab verməyən, istifadəyə yararsız silahlar, döyüş
texnikası və digər hərbi təyinatlı vasitələr istismardan çıxarılıb
və yeniləri ilə əvəzlənib. Ordunun silah arsenalının daha da
gücləndirilməsi üçün müasir silahların, qabaqcıl texniki
vasitələrin alınması istiqamətində işlər davam etdirilir.

Hesabatda bildirilib ki, ötən il müdafiə xərclərinə dövlət
büdcəsinin 15 faizi həcmində vəsait yönəldilib ki, bu da 2016-cı
illə müqayisədə 429 milyon manat və ya 19.6 faiz, büdcə xərclərinin
tərkibində isə 2016-cı illə müqayisədə 2.6 faiz çoxdur.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim
olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda
müzakirə olunacaq. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp