“Azərbaycan və Mərakeş bir sıra sahələrdə əməkdaşlığı davam etdirəcəklər”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan və Mərakeş bir sıra əsas sahələrdə
əməkdaşlığı davam etdirəcəklər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə birgə
mətbuat konfransında deyib.

E.Məmmədyarov qeyd edib: “Biz kənd təsərrüfatı, energetika
sahələrində əməkdaşlığı, həmçinin ölkələrimizin özəl sektorlarının
nümayəndələri arasında əməkdaşlığın zəruriliyini müzakirə
etdik”.

Nazir vurğulayıb ki, Mərakeş və Azərbaycan beynəlxalq
təşkilatlarda əməkdaşlıq çərçivəsində bir-birinə böyük dəstək
verir.

Qeyd edək ki, Azərbaycanla Mərakeş Krallığı arasında diplomatik
münasibətlər 1992-ci ilin dekabrında qurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp