Azərbaycan-Ukrayna Hökumət Komissiyasının yeni tərkibi təsdiqləndi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə
Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət
Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640
nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam
imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda deyilir
ki, “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi
əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin
təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 725; 2009,
№ 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 129; 2014, №
2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384; Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 3578
nömrəli Sərəncamı) 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi
aşağıdakı redaksiyada verilsin:

“Komissiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin
müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək
texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin
müavini

Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli
səfiri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
vitse-prezidenti

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar
Cəmiyyətinin Baş direktoru.”.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu
Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Ukrayna
tərəfinə bildiriş göndərsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp