Azərbaycan çempionatının ən bahalı futbolçuları: İNANILMAZ RƏQƏMLƏR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçular
müəyyənləşib.

Publika.az xəbər verir ki, siyahıda ümumilikdə,
“Qarabağ”ın 12, “Qəbələ”nin 7, “Neftçi”, “Zirə”, “Səbail”in isə 1
futbolçusu yer alıb.

Çempionatımızın ən dəyərli futbolçusu Pedro Enrikedir.
“Transfermarkt” “Qarabağ”ın Yunanıstanın PAOK klubundan icarəyə
götürdüyü braziliyalı futbolçuya 3 milyon avro qiymət qoyub. Onu
“Qarabağ”dan komanda yoldaşı və həmyerlisi, milliləşdirilmiş
futbolçumuz Riçard Almeyda izləyir – 1,5 milyon avro.

3-4-cü pillərlərdə də “Qarabağ”ın futbolçuları qərarlaşıb. Belə
ki, rəqabətdə İbrahim Şehiçə uduzan ukraynalı qapıçı Anton
Kanibolotski və ispan futbolçu Dani Kintananın 1 milyon avro
qiyməti var.

5-6-cı yerləri “Qarabağ”dan Miçel ilə “Qəbələ”dən Vitali
Vernidub paylaşır – 900.000 avro.

Çempionlar Liqasında mövsümün ən çox seyv edən qapıçısı İbrahim
Şehiçin (Qarabağ) 800.000 avro qiyməti var. Onun komanda yoldaşı
Vild Donald Gerye də eyni qiymətdədir.

Siyahının 9-cu pilləsində “Qəbələ”dən Filip Ozobiç var – 800.000
avro. Onluğu “Qarabağ” azarkeşlərinin sevimlisi Yakub Rejniçak
(700.000 avro) tamamlayır. Onunla eyni qiymətdə olan Bədavi
Hüseynov (Qarabağ), Voyislav Stankoviç (Qəbələ), Dion Malone
(Qəbələ), Stiven Jozef-Monroz (Qəbələ) müvafiq olaraq 11-14-cü
pillədə qərarlaşıb. 15-ci yerdə qərarlaşan Dmitri Bezotosnının
(Qəbələ) 650.000 avro, 16-17-ci yerdə duran Kiril Petrov (Neftçi)
600.000 avro və Yosep Bumun isə (Zirə) 600.000 avro qiyməti
var.

“Qarabağ”ın “Trabzonspor”dan icarəyə götürdüyü Ramil Şeydayev
500.000 avro ilə 18-ci sıradadır. Son 4 sıranı 500 000 avro ilə
Qara Qarayev (Qarabağ), Maksim Medvedev (Qarabağ), Famussa Kone
(Qəbələ) və Faruk Miya (Səbail) tamamlayır.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp