ATƏT-in müşahidə missiyasının üzvləri bu həftə Azərbaycana gələcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
(DTİHB) aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə
uzunmüddətli müşahidə missiyasının üzvlərinin bu həftə Azərbaycana
səfəri planlaşdırlır.

Bu barədə “Report”a ATƏT DTİHB-nin Mətbuat xidmətindən
bildiriblər.

Məlumata görə, missiyanın əsas vəzifələrindən biri seçkilərin
müşahidəsinin maksimum geniş olmasını təmin etmək üçün plan
hazırlamaqdır.

Həmçinin yaxın zamanlarda ATƏT DTİHB-nin müşahidə missiyasının
rəhbərinin adı açıqlanacaq.

Xatırladaq ki, ATƏT DTİHB-nin qiymətləndirmə missiyası bu ilin
fevral ayında Azərbaycanda səfərdə olub. Qurum Büroya aprelin 11-də
Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidəçi missiya
göndərməyi tövsiyə edib.

Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki
prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər),
eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp