ASAN Xidmətdən rüsumlarla bağlı AÇIQLAMA: YALANDIR
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Dünəndən onlayn mediada “ASAN xidmət” rüsumları açıqladı
– SİYAHI” başlığı altında paylaşılan məlumat (2014-cü il)
köhnədir.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi İnformasiya təminatı şöbəsinin
müdiri Anar Hüseynov məlumat paylaşıb.
A.Hüseynov bildirib ki, bu vətəndaşların yanlış
yönləndirilməsinə, doğru olmayan məlumatın əhaliyə çatdırılmasına
səbəb olur.
“Xidmətlərimiz və rüsumlarımız haqqında ətraflı məlumatı
www.asan.gov.az internet səhifəmizdən və 108 Çağrı
Mərkəzindən əldə edə bilərlər”.