Arıçılığın inkişafı ilə bağlı vacib sərəncamı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlam Əliyev Azərbaycanda arıçılığın
inkişafının stimullaşdırılması haqqında sərəncam
imzalayıb.

Azərbaycanda bal verən 600-ə qədər bitki növü mövcuddur ki,
bunların da təxminən 200-ü nektar və çiçək tozu mənbəyi kimi
arıçılığın genişləndirilməsi üçün daha böyük təbii imkanlar
yaradır. Bu imkanlar sayəsində arıçılığın inkişaf etdirilməsi kənd
əhalisinin gəlirlərinin artmasına və məşğulluğunun təmin edilməsinə
töhfə verə bilər.

Ölkədə arıçılığı inkişaf etdirmək məqsədilə son illərdə bir sıra
tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan Kənd Təsərrüfatı
Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində
Arıçılıq Mərkəzi yaradılıb, habelə Azərbaycan Arıçılar
Assosiasiyası təsis edilib. Hazırda damazlıq arıçılıq təcrübəsinin
genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq
məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi,
sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə
məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı
ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının
istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə
edilir.

Sərəncamda qeyd edilir ki, ölkədə arıçılığın inkişafının
stimullaşdırılması, kənd yerlərində kiçik sahibkarlığın
dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədilə arıçılıqla
məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə
(pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10
manat məbləğində subsidiya müəyyən edilsin.

Nazirlər Kabinetinə arıçılıqla məşğul olan fiziki və hüquqi
şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya
verilməsi qaydasını, Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki
ay müddətində təsdiq etmək; bu sərəncamda müəyyən edilmiş
subsidiyanın maliyyələşdirilməsinin 2018-ci il üçün “Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi
ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli fərmanının
1.10.1.10-cu yarımbəndində “Kənd təsərrüfatı, meşə təsərrüfatı,
balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində
islahatlar” üçün nəzərdə tutulmuş vəsait hesabına həyata
keçirilməsini, növbəti illərdə tələb olunacaq vəsaitin isə hər il
dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etmək; bu
sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

Kənd Təsərrüfatı Nazirliyi Dövlət Statistika Komitəsi ilə
birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna sayı, verilmiş
subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası
barədə bu sərəncamda nəzərdə tutulan müddətdə ildə bir dəfə
Azərbaycan Prezidentinə məlumat təqdim edəcək; yüksək məhsuldar bal
arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının
artırılması üçün arıçılıqda seleksiya-damazlıq işinin
yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp