Ankara qan gölünə çevriləcəkdi – ABŞ kəşfiyyatından XƏBƏRDARLIQ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Türkiyədəki səfirliyinin terror xəbərdarlığından
sonra Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat
başlayıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, əməliyyat çərçivəsində 20 şübhəlinin saxlanılması barədə
qərar verilib.

Ankara Təhlükəsizlik Müdirliyinin terrorla mübarizə şöbəsi
tərəfindən aparılan əməliyyatın gedişatında indiyə kimi 12 şübhəli
saxlanılıb. Əməliyyatlar davam edir.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də
fəaliyyətini dayandırıb. Bu addımın təhlükəsizlik məqsədi ilə
atıldığı bildirilib.

“Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də
təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə
məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan
elan edəcək”, – deyə bəyanatda qeyd edilib.

Ankara valiliyindən verilən açıqlamaya görə, Türkiyə kəşfiyyatı
ABŞ səfirliyi və vətəndaşlarının qaldığı yerlərdə terror aktlarının
törədilə biləcəyi barədə ABŞ-dakı mənbələrdən məlumat alıb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp