Amerikalı jurnalist: “Seçkilər müsbət ab-havada keçəcək”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Seçki istənilən demokratik ölkə üçün əhəmiyyətlidir. Bu
xalqın öz iradəsinin ifadəsi deməkdir”.

Publika.az xəbər verir ki, bunu sechki-2018.az
saytına açıqlamasında amerikalı jurnalist Nurit Greenger
bildirib.

“News Blaze”, “Jerusalem Post” və “Times of İsrael” kimi mətbuat
orqanlarının yazarı olan xanım Greenger qeyd edib ki, hər bir seçki
yeni bir mərhələnin başlanğıcı kimi də xarakterizə olunur və
ölkənin tarixində inkişaf və islahat mərhələsi kimi qəbul edilir.
“Azərbaycanda seçkiyə hazırlıq prosesi qanunvericiliyə uyğun
şəkildə davam edir. Bu, seçkilərin normal və müsbət ab-havada
keçəcəyini deməyə əsas verir. Ümid edirəm ki, prezident
seçkilərində Azərbaycan xalqı ən doğru seçimini edəcək”,- deyə
Nurit Greenger vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp