ABŞ xüsusi hazırladığı terrorçuları Türkiyə ilə döyüşə göndərdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO)
Suruyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” hərəkatında
PKK/PYD/YPG terrorçularının ağır zərbələr alması ABŞ-ı əlavə
yollara əl atmağa məcbur edib.

Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə
istinadən xəbər verir ki, ABŞ 1996-cı ildən Quam adasında xüsusi
təlim verdiyi terrorçuları Afrinə göndərməyə başlayıb.

Xəbərə görə, ABŞ Afrinə 70 terrorçu göndərib. Tank əleyhinə
silahlar və zenit raket sistemlərindən istifadə edə bilən, həmçinin
taktik-strateji təlimlər keçən və təyyarə ilə helikopterlərdən
istifadə bacarığı olan PKK terrorçuların hazırda ən qaynar
nöqtələrdə türk hərbçiləri ASO-ya qarşı döyüşdüyü bildirilir. Quam
adasında xüsusi təlim keçən terrorçular HAT adlanan PKK-nın “xüsusi
əməliyyat qrupu”nun əsasını təşkil edir. ABŞ Əfqanıstanda inşa
etdiyi Baqram hərbi bazasından sonra ölkə xaricində tikilmiş ikinci
ən böyük bazanın olduğu Quamda 1996-cı ildən terrorçular
hazırlanır.

İraq, Suriya, İran və bəzi Avropa ölkələrindən adaya gətirilən
kürd gənclərinin burada ən azı bir il hərbi təlim aldığı deyilir.
Daha əvvəl İraqa göndərilən terrorçuların 2000-ci illərdən Suriya
və İrana da “ixrac” edildiyi bildirilir.

PKK-nın “xüsusi əməliyyat qrupu” istifadə etdikləri silahlar və
geyimlərinə görə ABŞ-ın xüsusi təyinatlılarından fərqlənmirlər. ABŞ
tərəfindən təpədən-dırnağa qədər silahlandırılan HAT ABŞ istehsalı
olan ən müasir gecəgörmə cihazları və digər silahlardan istifadə
edir.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp