ABŞ Türkiyədəki səfirliyinin fəaliyyətini dayandırır
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
ABŞ-ın Ankaradakı səfirliyi martın 5-də fəaliyyətini
dayandıracaq. Bu addımın təhlükəsizlik məqsədi ilə atıldığı
bildirilir.
Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, bu barədə Amerika diplomatik nümayəndəliyinin yaydığı
bəyanatda deyilir.
“Ankaradakı səfirlik ABŞ vətəndaşlarını martın 5-də
təhlükəsizlik təhdidləri ilə əlaqədar işləməyəcəyi barədə
məlumatlandırır. Səfirlik fəaliyyətinin bərpa olunduğunu sonradan
elan edəcək”, – deyə bəyanatda qeyd edilir.