Ərəblərdən türk seriallarına QADAĞA



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səudiyyə Ərəbistanının aparıcı teleholdinqi MBC ərəb
telekanallarında türk seriallarının yayımını qadağan
edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki,
bu haqda teleholdinqin nümayəndəsi Mazen Hayek yerli “Sabk”
elektron qəzetinə bildirib.

Onun sözlərinə görə, qadağa Türkiyədə çəkilən bütün seriallara
aiddir. Qadağa martın 2-də qüvvəyə minir. Teleholdinqin nümayəndəsi
qeyd edib ki, ərəb auditoriyası tərəfindən sevilən türk
seriallarının yayımına qoyulan qadağa yerli serialların çəkilməsini
dəstəkləmək arzusu ilə bağlıdır.

MBC 1991-ci ildə Londondan peyk vasitəsilə ərəb dilində
yayımlanan ilk xüsusi telekanaldır. 2002-ci ildə baş ofisi Dubaya
köçürülən Mərkəzin hazırda 11 kanalı fəaliyyət göstərir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp