Yaşayış evində partlayış: xəsarət alanlar var
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Belçikada yaşayış evində partlayış olub.
Publika.az xəbər verir ki, hadisə Lyej
şəhərində baş verib. İnsident nəticəsində 2 nəfər xəsarət alıb.
Yaralılar Müqəddəs İosif xəstəxanasına çatdırılıblar. İlkin
məlumata görə, hadisəyə qaz sızması səbəb olub.