SOFAZ 2018-ci ildə aktivlərin idarə olunmasından daha yüksək gəlir gözləyir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) 2018-ci ildə
aktivlərin idarə olunmasından gəlirlərin ötən illə müqayisədə daha
yüksək olacağını gözləyir.

Publika.az bildirir ki, bu barədə Trend-ə Fonddan məlumat verilib.

SOFAZ-dan bildirilib ki, fondun 2018-ci il üçün büdcəsi neftin
bir barreli üçün 45 dollar nəzərə alınaraq proqnozlaşdırılıb.
2017-ci ildə bu göstərici 40 dollara bərabər idi:

“Bununla belə, bu göstərici qiymətlərin azalması riskinin
ehtiyatlı qiymətləndirilməsidir, çünki indi neft bazarında
tendensiyaları nəzərə alsaq, faktiki orta illik qiymətin yüksək
olması ehtimal olunur. 2018-ci ilin yanvarında SOFAZ həmçinin
“Azəri-Çıraq-Günəşli” blokunun işlənməsi barədə sazişin
uzadılmasına görə 450 milyon dollar bonus əldə edib”.

Fonddan qeyd edilib ki, yuxarıda sadalanan faktları nəzərə
almaqla gözləmək olar ki, SOFAZ-ın 11,56 milyard manat həcmində
büdcə gəlirləri proqnozu tamamilə icra olunacaq:

“Qeyd etmək lazımdır ki, 2017-ci ildə faktiki nəticələr
gözləntiləri əhəmiyyətli dərəcədə üstələmişdi, fondun aktivləri isə
33,1 milyard dollardan 35.8 milyard dollaradək yüksəlmişdi. Bu il
SOFAZ büdcəsinin profisiti 1,8 milyard manat həcmində
dəyərləndirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp