Şahin Mustafayev Qarsda səfərdədir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə
Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi
nümayəndə heyəti Qarsda səfərdədir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata
görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər
Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.

Sonra Azərbaycan nümayəndə heyəti Türkiyənin nəqliyyat,
dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb. Görüşdə
Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə, o cümlədən
nəqliyyat-tranzit sahəsində əməkdaşlığının inkişaf etdiyi
vurğulanıb. Qeyd edilib ki, tranzit daşımalarında Türkiyədən Orta
Asiyaya və əks istiqamətdə hərəkət edən tırların sayı artıb.
Yaradılan infrastuktur (dəmir yolu, Ələt Dəniz Ticarət Limanı,
avtomobil yolları və s.) yük daşımalarının daha da artırılmasına
geniş imkanlar açır. Görüşdə “Trans-Xəzər Şərq-Qərb Ticarət və
Tranzit Dəhlizi”nin təşviqi ilə bağlı işlərin davam etdirilməsinin
önəmi qeyd edilib, ölkələrimiz arasında iqtisadi əlaqələrin,
xüsusilə nəqliyyat – tranzit yükdaşımaları sahəsində əməkdaşlığın
genişləndirilməsi məsələləri müzakirə edilib.

Sonra Azərbaycan nümayəndə heyəti müzakirələrin davamı məqsədilə
Gürcüstana yola düşüb. Səfər çərçivəsində Gürcüstan rəsmiləri ilə
bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında iqtisadi
əməkdaşlığın, nəqliyyat – tranzit sahəsində əlaqələrin
genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir