Sabah hava dəyişəcək – PROQNOZ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata
görə, gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı
var.

Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi
ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12°
isti təşkil edəcək.

Martın 5-də Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir
yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi
gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun
gecə 0-5° isti, gündüz 11-16° isti təşkil edəcəyi gözlənilir.

Yuxarı Qarabağ – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında
bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi gündüz ayrı-ayrı
yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan
2°-dək isti, gündüz 4-9° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər
intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturunun gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcəyi
ehtimal olunur.

Sabah Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağış,
dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Axşam intensiv olacağı
ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5°
isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti
təşkil edəcək.

Mərkəzi Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında səhər və axşam bəzi
yerlərdə yağış yağacağı gözlənilir. Axşam intensiv olacağı ehtimalı
var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı
yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti,
gündüz 8-13° isti təşkil edəcəyi gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava
əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə çiskin olacağı, axşama
doğru yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Qərb küləyi
gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu
gecə 4-6° isti, gündüz 9-12° isti, dağlarda gecə 0-4° isti, gündüz
5-10° isti təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp